Elmi cavab | Niyə vaxt sürətlənib?

Elmi cavab |  Niyə vaxt sürətlənib?
  30 May 2013    Oxunub:6012
Son onillikdə zaman özünü qəribə aparır: onun gedişatı sürətlənib. Aylar və günlər çox tez keçirlər. Düzdür, demək olardı ki, insan yaşlaşdıqca onun üçün zaman tez keçir. Amma indi gənclər də zamanın sürətləndiyini bildirirlər. Nə baş verir?

Fransız rəssamı Leo Kayar maraqlı bir müşahidə aparıb: Luvra gələn turistlər heç bir əsəri 5 saniyədən artıq seyr etmirlər. İnsanlar kompüterdə və ya smartfonda şəkilərə baxarkən də təxminən bir şəklə 5 saniyə vaxt sərf edirlər.

Alimlər iddia edirlər ki, insanın ətraf aləmə baxış strategiyası dəyişib.
- Bu, balaca uşaqların oxumaq tərzinə bənzəyir: onlar süjeti izləyir, amma təsvirləri buraxırlar. Nəticədə informasiya alır, amma zövq ala bilmir. Çünki uşaqda informasiya aclığı var, zövq almaq ehtiyacı yoxdur. Müasir dövrdə böyüklər belə olublar. Onlar öz vaxtlarını maksimum səmərəli keçirməyə və daha çox informasiya almağa çalışırlar. Bu isə özünü gözün motorikasında büruzə verir – gözlər heç nəyin üzərində uzun müddət dayanmırlar. 5 saniyə isə insana ətrafdakı hər hansı bir obyekt haqqında məlumat almaq üçün lazım olan minimum vaxtdır,- deyə bioloq və sosioloq Georgi Lübarski izah edir.

Biz indi hər şeyi sürətlə edirik. Əhatəli məktublar yox, qısa sms-lər yazırıq. Kitabdakı təsvilərdən, oxu prosesindən zövq almırıq, əvəzində internetdə mümkün qədər çox səhifyə sürətlə baxmağa çalışırıq. Uzun yazıları oxumuruq, çıxışları dinləmirik. Alimlərin fikrincə, bunun günahı məhz internetdədir. Belə ki, internet insanların şüurunu dəyişdirib. Bizim beynimiz seyr etməyə və düşünməyə imkan verməyən internetə uyğunlaşmağa çalışır. Təfəkkürümüz tam yox, qırıq-qırıq epizodlar halında işləməyə başlayır, oxumağımız səthi, “atüstü” xarakter alır. Nəticədə biz adi “informasiya qəbuledicisi”nə çevrilirik.

Buna görə də, bizim zamanı qavrama tərzimiz dəyişib. Bunun günahı “sürətli informasiya axını” olan internetdədir. Sürətli axında olanda hər şey insana sürətli gəlir.


Teqlər:





Xəbər lenti